Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur reper “Tottenhem”in sahibi ola bilər

Məşhur reper “Tottenhem”in sahibi ola bilər

Tarix: 31 Iyul 2023 05:06

"Tottenhem" sahibini dəyişə bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, amerikalı reper Jay-Z investorlar qrupuna rəhbərlik etməyə və klubu almağa hazırdır. Digər investorların dəstəyi ilə o, 2 milyard funt sterlinqdən çox pul ödəmək fikrindədir.

Bildirilir ki, "Tottenhem Hotspur"un hazırki sahibi Co Lyuis fırıldaqçılıq və insayder ticarəti iddiaları fonunda klubu satmaq ərəfəsindədir. Onu uzunmüddətli həbs cəzası gözləyir.

Qeyd olunur ki, 86 yaşlı Lyuis "Tavistock Group" investisiya firmasının təsisçisidir və onun sərvəti 6,55 milyard dollardır. Britaniyalı milyarder 2001-ci ildən futbol komoandasının əksər səhmlərinə sahibdir.

Milli.Az


Etiketlər:  Məşhur reper Tottenhemin sahibi ola bilər


RƏYLƏR