Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Premyer Liqa tarixində rekord müqavilə

Premyer Liqa tarixində rekord müqavilə

Tarix: 1 Avqust 2023 00:50

"Mançester Yunayted" "Adidas"la yeni, uzunmüddətli müqavilə imzalayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Almaniya şirkəti 2035-ci ilə qədər "Mançester Yunayted"in təchizatçısı olaraq qalacaq.

Yeni müqaviləyə əsasən, klub "Adidas"dan ən azı 900 milyon funt-sterlinq alacaq. "Daily Mail" yazır ki, bu, Premyer Liqa tarixində rekord müqavilədir.

"Adidas"la əvvəlki müqaviləyə əsasən, klub ildə 75 milyon funt-sterlinq alıb. İndi bu məbləğ mövsüm başına 90 milyona yüksələcək.

Tərəflər əməkdaşlığa 2015/16 mövsümündən əvvəl başlayıb. Bundan əvvəl Amerikanın "Nike" şirkəti 13 il "qırmızı şeytanlar"a texniki sponsorluq edib.

Milli.Az


Etiketlər:  Premyer Liqa tarixində rekord müqavilə


RƏYLƏR