Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rəfiqə Hüseyn-zadə SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad edildi

Rəfiqə Hüseyn-zadə SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad edildi

Tarix: 1 Avqust 2023 13:42

Prezident İlham Əliyev R.A.Hüseyn-zadənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Rəfiqə Abdul Ağa qızı Hüseyn-zadə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Milli.Az


Etiketlər:  Rəfiqə Hüseyn zadə SOCAR ın vitse prezidenti vəzifəsindən azad edildi


RƏYLƏR