Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna azad edilən ərazilərin sahəsini açıqlayıb

Ukrayna azad edilən ərazilərin sahəsini açıqlayıb

Tarix: 1 Avqust 2023 22:38

Ukrayna hərbçiləri əks-hücum əməliyyatına başlayandan bəri ölkənin cənubunda və şərqində təxminən 241 kvadratkilometr ərazini azad edə bilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə telemarafonun efirində Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

"Baxmut istiqamətindən danışsaq, orada 2 kvadrat kilometr, toplamda isə artıq 37 kvadratkilometr ərazi azad edilib. Cənubdan danışsaq, son bir həftə ərzində 12 kvadratkilometrdən çox ərazi, toplamda isə 204 kvadratkilometrdən çox ərazi azad edilib", - o deyib.

Nazir müavini hazırda Ukrayna ordusunun bütün istiqamətlərdə tədricən irəliləməyə davam etdiyini diqqətə çatdırıb. "Şərqdə bu, təkcə Baxmut istiqaməti deyil, amma orada möhkəmlənmək lazımdır. Belə olduqda uğurlar haqqında məlumatlar verilə biləcək", - nazir müavini söyləyib.

Milli.Az


Etiketlər:  Ukrayna azad edilən ərazilərin sahəsini açıqlayıb


RƏYLƏR