Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan: “Sülh təkcə mümkün deyil, həm də...”

Paşinyan: “Sülh təkcə mümkün deyil, həm də...”

Tarix: 1 Avqust 2023 23:57

"Sülh təkcə mümkün deyil, həm də zəruridir. Bu mənim inamım, mövqeyimdir.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu "Euronews" telekanalına müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Mən buna inanıram. Amma bunun baş verməsi üçün beynəlxalq ictimaiyyətin mühüm nüansları anlaması, bizim niyə sürətli templə irəliləmədiyimizi aydın şəkildə bilməsi vacibdir. İcazə verin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Brüsseldəki sondan əvvəlki görüşümüzə qayıdaq. Azərbaycan Prezidenti İlham Əliyev ilə mən razılaşdıq, daha doğrusu, belə bir anlayışa gəldik ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyır: Ermənistanın ərazisi 29 800 kvadrat kilometr, Azərbaycanın ərazisi isə 86 600 kvadrat kilometrdir", - deyə o qeyd edib.


Etiketlər:  Paşinyan Sülh təkcə mümkün deyil həm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ