Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Fitch" ABŞ-nin uzunmüddətli kredit reytinqini aşağı salıb

Tarix: 2 Avqust 2023 07:08

"Fitch" beynəlxalq reytinq agentliyi ABŞ-ın uzunmüddətli kredit reytinqini "AAA"dan "AA+"a endirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə reytinq agentliyinin məlumatında deyilir.

ABŞ-ın maliyyə naziri Canet Yellen "Fitch"in qərarı ilə qəti şəkildə razılaşmadığını bildirib.

Beləliklə, ABŞ-ın kredit reytinqi son 12 ildə ilk dəfə olaraq aşağı düşüb. Bundan əvvəl kredit reytinqi 2011-ci ildə "Standard & Poor's" tərəfindən aşağı salınıb.

Milli.Az


Etiketlər:  Fitch ABŞ nin uzunmüddətli kredit reytinqini aşağı salıb


RƏYLƏR