Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daha bir ölkədə TikTok qadağan edildi

Daha bir ölkədə TikTok qadağan edildi

Tarix: 2 Avqust 2023 19:30

Qərbi Afrika ölkəsi Seneqalda TikTok sosial şəbəkəsi növbəti xəbərdarlığa qədər qadağan edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Rabitə Nazirliyi açıqlama yayıb. 

"TikTok ölkənin sabitliyini təhdid edən nifrət dolu və dağıdıcı mesajlar yaymaq üçün bədxassəli insanların seçdiyi proqramdır", - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, iyulun 31-də müxalifət lideri Ousmane Sonkonun həbsindən sonra Seneqalda mobil internet də kəsilib.

Milli.Az


Etiketlər:  Daha bir ölkədə TikTok qadağan edildi


RƏYLƏR