Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıya gələn Hüseyn özünə ''BMW'' gətizdirdi - VİDEO

Bakıya gələn Hüseyn özünə ''BMW'' gətizdirdi - VİDEO

Tarix: 5 Avqust 2023 12:25

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloger və iş adamı Hüseyn Həsənov yenidən Bakıya gəlib. 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu haqda Həsənov sosial şəbəkə hesabında məlumat verib. 

Hüseyn özü ilə Moskvadan parlaq qırmızı "BMW" markalı lüks idman avtomobilini gətirib.

Sənətçi Heydər Əliyev hava limanında nəqliyyat vasitəsini evakuator üzərində hərəkət edərkən çəkdiyi görüntüləri "Instagram" səhifəsində izləyiciləri ilə bölüşüb. 

Qeyd edək ki, üç il əvvəl mayın 9-dan 10-na keçən gecə Hüseyn Həsənov ciddi şəkildə yol hərəkət qaydalarını pozduğu üçün polis tərəfindən saxlanılıb. Gecə saatlarında Moskva küçələrində avtomobil idarə edən bloger nömrəsini gizlədib. Polis maşını saxlayanda isə Hüseyn protokolu imzalamaqdan imtina edib. Növbəti günlərdə isə Hüseynin əlindən sürücülük vəsiqəsi alınmışdı. Ötən günlərdə isə bloger yenidən imtahan verərək, sürücülük vəsiqəsini əldə edib. 

Milli.Az


Etiketlər:  Bakıya gələn Hüseyn özünə gətizdirdi VİDEO


RƏYLƏR