Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İdxalı ƏDV və gömrük rüsumundan azad edilən texnikanın siyahısı təsdiqləndi

İdxalı ƏDV və gömrük rüsumundan azad edilən texnikanın siyahısı təsdiqləndi

Tarix: 9 Avqust 2023 15:21

İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı təsdiq edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısınaburadanbaxmaq mümkündür.

Bu Qərar 2023-cü il 1 yanvar tarixindən tətbiq edilir və 2033-cü il 1 yanvar tarixinədək qüvvədədir.


Etiketlər:  İdxalı ƏDV gömrük rüsumundan azad edilən texnikanın siyahısı təsdiqləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ