Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada rus musiqisini dinləməyə görə cərimə tətbiqi təklif edilib

Ukraynada rus musiqisini dinləməyə görə cərimə tətbiqi təklif edilib

Tarix: 9 Avqust 2023 18:24

Ukraynada rus musiqisini dinləməyə görə cərimə tətbiqi təklif edilib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə məlumat Ukrayna Ali Radasının (parlament) rəsmi saytında yerləşdirilib.

Məlumatda qeyd olunub ki, 9547 saylı müvafiq qanun layihəsi Ali Radada müzakirəyə çıxarılacaq.

Qanun layihəsinə əsasən, ictimai yerlərdə rus musiqisinə qulaq asmağa, insanların kütləvi toplaşdığı yerlərdə rus mahnılarının ifasına, onların nümayişinə görə cərimələr tətbiq edilə bilər.

Bu hal ilk dəfə baş verdiyi zaman cərimə 5100-8500, təkrar baş verdiyi zaman isə 17.000-25.500 Ukrayna qrivnası məbləğində dəyişəcək.


Etiketlər:  Ukraynada musiqisini dinləməyə görə cərimə tətbiqi təklif edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ