Tarix: 28 Oktyabr 2019 12:36
Kiprin APOEL klubu futbolçularına Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la görüşdə qələbəyə görə yüksək mükafat vəd edib.
Qol.az Kipr mətuatına istinadən xəbər verir ki, komanda Nikosiyadakı görüşdə qələbə qazansa, əsas heyətdə meydana çıxacaq hər bir futbolçuya 5 min avro mükafat veriləcək. Bunu Bakıdakı gürüşdən sonra paltardəyişmə otağına girən klub prezidenti Prodromos Petrides futbolçulara deyib.
Qeyd edək ki, Bakıda "Qarabağ"la heç-heçə (2:2) edən APOEL qrupda 3 oyuna cəmi 1 xal qazanıb. Nikosiya təmsilçisi noyabrın 7-də "Qarabağ"ı qəbul edəcək.