Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2023 13:12
Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində əksər sürücülər bağlı yola görə alternativ yoldan istifadə edirlər.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, onlar tələskənlik nümayiş etdirərək torpaq yola keçirlər.
Baş Dövlət Yol Polisi İdarəsi sözügedən yolda aparılan işlərlə bağlı sürücülərə müraciət edib. Bildirilib ki, "Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 128-ci kilometrliyində, yolun hər iki tərəfində elektron tərəzilərin quraşdırılması ilə əlaqədar hərəkətin təşkilində müvəqqəti dəyişiklik edilib.
Lakin təəssüf ki, bəzi sürücülər səbirsizlik nümayiş etdirərək yolun məhdudiyyət tətbiq olunan hissəsindən yan keçmək məqsədilə torpaq yoldan istifadə etməklə əsas yola çıxmağa çalışırlar ki, bu da sürüşmə, aşma, toqquşma kimi qəzalı vəziyyətlərin, süni sıxlığın, eləcə də digər hərəkət iştirakçılarında haqlı narazılıqların yaranmasına səbəb olur.
Hazırda yolda təhlükəsizliyin təmin edilməsi və hərəkət intensivliyinin nizamlanması üçün tədbirlər görülür.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: