Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya donanması Türkiyə gəmisinə atəş açdı

Rusiya donanması Türkiyə gəmisinə atəş açdı

Tarix: 13 Avqust 2023 23:42

Rusiyanın Müdafiə Nazirliyi Qara dənizdə xarici gəmini dayandırdığını açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, gəmi Odessa vilayətinin İzmail limanına gedib.

"Avqustun 13-də Qara dənizin cənub-qərb hissəsində Ukrayna limanına doğru hərəkət edən Palau bayrağı altında üzən "Şükrü Okan" yük gəmisi görünüb. Rusiya hərbi gəmisindən yük gəmisini dayandırmaq üçün avtomatik atıcı silahlardan qabaqlayıcı atəş açılıb", - Rusiya Müdafiə Nazirliyi bildirib.

Qeyd olunub ki, gəmi yoxlandıqdan sonra İzmail limanına doğru hərəkətini davam etdirib.

Milli.Az


Etiketlər:  Rusiya donanması Türkiyə gəmisinə atəş açdı


RƏYLƏR