Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ay səni ikiüzlü Aİ...

Ay səni ikiüzlü Aİ...

Tarix: 15 Avqust 2023 18:30

Azərbaycana qarşı qərəzli münasibəti ilə seçilən Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası yenə özünə yad olmayan, ikiüzlü davranış sərgiləyib. Belə ki, missiya Ermənistan Müdafiə Nazirliyinin Aİ müşahidəçilərinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşə tutulması barədə bəyanatını əvvəl təkzib edib, sonra da silib. Onlar iddia edirlər ki, atəş zamanı orada olublar lakin atəşə tutulmayıblar.

"Təsdiq edirik ki, Aİ missiyasının patrulu bizim məsuliyyət zonamızda baş verən atışma zamanı iştirak edib. Missiyanın heç bir üzvü xəsarət almayıb", - yeni açıqlamada qeyd olunub.

Ermənistan Müdafiə Nazirliyinin məlumatını təkzib edib, sonra da fikirlərini dəyişməsi, erməni təxribatına göz yumulmasının səbəbi Qərbdə ikili standartlardır. Missiyanın bu cür yanaşması, onun ikiüzlü davranışı nüfuzuna kölgə salır. Aydın məsələdir ki, onlar ermənilərin təzyiqinə dözə bilməyib və statusla bağlı bu dəyişikliyi etməyə məcbur olub. Bu kimi davranışlar regionda sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımları zərbə altına qoyur.

Azərbaycan tərəfi məlumatın dezinformasiya olduğunu bildirib. Müdafiə Nazirliyinin yaydığı məlumatda da qeyd olunduğu kimi, Avropa İttifaqının müşahidəçilərinin Ermənistanda şərti sərhəd istiqamətində səfərlərinin vaxtı, onların hərəkət marşrutu, ərazidəki koordinatları, eləcə də avtomobillərin markası və nömrə nişanları Azərbaycan tərəfinə əvvəlcədən təqdim edilir. Azərbaycan Ordusunun bölmələri missiyanın səfərləri barədə məlumatlıdır. Bu səbəbdən də Ermənistan müdafiə nazirliyinin iddia etdiyi belə bir halın baş verməsi nəzəri və praktiki baxımdan qeyri-mümkündür.


Etiketlər:  səni ikiüzlü


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ