Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya SSRİ-nin yolunu gedir - Dunda

Rusiya SSRİ-nin yolunu gedir - Dunda

Tarix: 16 Avqust 2023 16:40

Rusiya indi 1970-1980-ci illərdəki SSRİ-nin yolu ilə gedir. Sovet hökumətinin imperiya siyasəti SSRİ-nin dağılmasına səbəb oldu. Rusiyanın özünü də tənəzzül gözləyir.

Sonxeber.net Axar.az-a istinadən bildirir ki, bunu ukraynalı deputat Oleq Dunda deyib.

"Bu siyasət xüsusən də boş rəflər, çökmüş mənzil-kommunal təsərrüfatı ilə başa çatdı. Onlar şərti olaraq bütün rayonlardan bölgələrin, vətəndaşların rifahı üçün resurs yığırdılar. Ancaq vəsaitlər sonra xalqa yox, müharibələri maliyyələşdirməyə, ilk növbədə imperiyadan kənarda siyasəti təbliğ etməyə istifadə olunurdu: Əfqanıstanı, Afrikadakı kampaniyaları, Anqola, Mozambiki xatırlayaq", - o bildirib.

Dundanın sözlərinə görə, Rusiya da Sovet hökuməti ilə eyni üsullardan istifadə edir, rayonları talayır:

"Oradan götürülən resurslar hərbi sənaye kompleksinə, Ukrayna ilə müharibəyə, "Priqojin"ləri maliyyələşdirməyə, Qərb demokratiyalarında radikal siyasi hərəkatları dəstəkləməyə və təbliğata gedir".


Etiketlər:  Rusiya SSRİ yolunu gedir Dunda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ