Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qurban Qurbanov: "Yaxşı nəticə ilə Bakıya qayıtmaq istəyirik"

Qurban Qurbanov:

Tarix: 16 Avqust 2023 23:12

"Komanda istəklidir. Yaxşı oyun və nəticə ilə Bakıya qayıtmaq istəyirik".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Finlandiyada HİK-ə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis var güclərini meydanda qoyacaqlarını bildirib: "Meydan süni örtüklüdür, amma buna hazır olmalıyıq. Ən yaxşısını etməyə və azarkeşlərimizi sevindirməyə çalışacağıq".

Qeyd edək ki, avqustun 17-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İlk matçda "köhlən atlar" qələbə qazanıb - 2:1.

Milli.Az


Etiketlər:  Qurban Qurbanov Yaxşı nəticə ilə Bakıya qayıtmaq istəyirik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ