Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elgiz Xatirə ilə yaşadığı QALMAQALDAN danışdı: "Dedi səni öldürəcəyəm"

Elgiz Xatirə ilə yaşadığı QALMAQALDAN danışdı:

Tarix: 19 Avqust 2023 07:00

Aparıcı Elgiz Əkbər müğənni Xatirə İslamla yaşadığı qalmaqaldan danışıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Elgiz illərlə ifaçı ilə küsülü qaldıqlarını açıqlayıb. O bildirib ki, buna səbəb Xatirənin mahnısını tənqid etməsi olub: 

"Bir dəfə məni Xatirə İslamın klip təqdimatına çağırdılar. O vaxt Xatirə Gövhər Həsənzadənin mahnılarını oxuyurdu, bəyənirdim. Mən də həmin tip mahnı gözləyirdim. Qayıtdım ki, heç bəyənmədim, yaraşdırmadım Xatirəyə. Orada Xatirə heç nə demədi, amma inciyibmiş. İşçiləri narazılıq bildirdi, mən də qaçdım, tuta bilmədilər. Üstündən 15 gün keçib, Manananın konserti idi. Tək yuxarı çıxırdım, Xatirə gəldi. Xatirə qayıtdı ki, bu dəqiqə səni öldürəcəyəm, necə elə deyə bilərsən? Dedim ki, hər işin uğurlu ola bilməz axı. Xatirə dedi ki, səninlə ölənə kimi danışmayacağam. İllər keçdi İTV-dən zəng vurdular ki, layihə edirik: bir müğənni, bir aparıcı ilə duet oxumalıdır. Müğənni də Xatirə. Gəldim içəri girdim ki, Xatirə. Qaçmaq istədim. Dedim ki, biz küsülüyük, oxumayacaq mənimlə. Amma əksi oldu. Xatirə gəldi məni görən kimi başladı "canım, ürəyim" deməyə".

Milli.Az


Etiketlər:  Elgiz Xatirə ilə yaşadığı QALMAQALDAN danışdı Dedi səni öldürəcəyəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ