Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Premyer Liqa: “Zirə” ardıcıl üçüncü oyununda qələbə qazanıb

Premyer Liqa: “Zirə” ardıcıl üçüncü oyununda qələbə qazanıb

Tarix: 19 Avqust 2023 23:28

Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

Milli.Az xəbər verir ki, günün ikinci matçında "Səbail" "Zirə"ni qəbul edib.

"ASCO Arena"dakı oyun qonaqların qələbəsi ilə bitib - 2:1.

"Qartallar"ın heyətində Salifu Suma 16-cı dəqiqədə hesabı açıb. Meydan sahiblərindən Yadin Luqasi 31-ci dəqiqədə bərabərlik qoluna imza atıb. 82-ci dəqiqədə Felipe Paxtman qələbə qolunun müəllifi olub.

Çempionatda hər üç matçda qələbə qazanan "Zirə" xallarının sayını 9-a çatdırıb və liderliyini davam etdirir. "Dənizçilər" 1 xalla doqquzuncu sıradadır.

Qeyd edək ki, günün ilk görüşündə "Sumqayıt" səfərdə "Qəbələ"yə qalib gəlib - 2:1. Turun açılış matçında "Turan Tovuz" səfərdə "Kəpəz"i 2:0 hesabı ilə üstələyib. III turun "Qarabağ" - "Araz-Naxçıvan" və "Sabah" - "Neftçi" matçları avqustun 20-də olacaq.

Milli.Az


Etiketlər:  Premyer Liqa Zirə ardıcıl üçüncü oyununda qələbə qazanıb


RƏYLƏR