Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin Türkmənistana polad məhsulları ixracının həcmi açıqlanıb

Türkiyənin Türkmənistana polad məhsulları ixracının həcmi açıqlanıb

Tarix: 21 Avqust 2023 09:54

Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Türkmənistana polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 48,6 faiz artıraraq, 73,1 milyon dollara çatdırıb.

Sonxeber.net xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyul ayında Türkiyə Türkmənistana polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 81,5 faiz artıraraq, 13,6 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 37,8 faiz azalaraq, 8,3 milyard dollara bərabər olub.

Bu ilin iyul ayında Türkiyə 1,2 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 27,2 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 16 milyard dollar məbləğində polad məhsulları ixrac edib.


Etiketlər:  Türkiyənin Türkmənistana polad məhsulları ixracının həcmi açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ