Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2023 14:14
Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyirik.
Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Bolqarıstanın xarici işlər naziri Mariya Qabriel Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşü zamanı keçirilən mətbuat konfransında deyib.
"Türkiyə Aİ-yə üzvlük prosesindədir. Bolqarıstan Aİ-yə üzv olan bir dövlət kimi, Türkiyənin bu təşəbbüsünü dəstəkləyir",- deyə Bolqarıstanın xarici işlər naziri bildirib.
Qeyd edək ki, daha öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük müraciətinin təsdiqlənməsi üçün Türkiyənin də Avropa İttifaqına üzv olmasının lazım olduğunu bildirmişdi.