Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2023 15:06
Əfqanıstanda siyasi hakimiyyətə yiyələnən "Taliban" hərəkatı yeni təhsil strategiyası hazırlayır və bu plan qızların universitetlərdə təhsil almasına imkan yaradacaq.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə "Taliban" rəsmilərindən olan Lütfulla Xayrxva məlumat verib.
Onun sözlərinə görə, yeni təhsil layihəsi hazır olandan sonra Əfqanıstan ictimaiyyətinə təqdim olunacaq.
Lakin L.Xayrxva sözügedən təhsil planın nə vaxt hazır olacağı barədə məlumat verməyib.
Xatırladaq ki, "Taliban" hərəkatı 2022-ci ilin dekabrından etibarən qızların ali təhsil ocaqlarına buraxılmasını qadağan edib.
Bu qərarlar bir sıra xarici dövlətlər və beynəlxalq təşkilatlar, o cümlədən BMT tərəfindən tənqidlə qarşılanıb.