Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2023 18:30
Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Türkmənistana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz azaldaraq, 91,2 milyon dollara çatdırıb.
Sonxeber.net xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
İyul ayında Türkiyə Türkmənistana kimyəvi maddə məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 33,5 faiz azaldaraq 11,7 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz azalaraq, 16,7 milyard dollara çatıb.
Bu ilin iyul ayında Türkiyə 2 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 25,7 faiz azdır.
Son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 30,5 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.