Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2023 14:54
PKK terrorçularını İraqdan çıxaracağıq.
Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan İraqın Kürd Regional Rəhbərliyinin (KRG) baş naziri Mesrur Barzani ilə mətbuat konfransında çıxışı zamanı deyib.
"PKK terror təşkilatı İraqda gizli fəaliyyətini davam etdirir. İraq terrorla mübarizədə qətidir, PKK terror təşkilatını İraq torpaqlarından tamamilə çıxarmaq üçün əlimizdən gələni edəcəyik", - deyə o vurğulayıb.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan 22-24 avqust tarixlərində İraqda rəsmi səfərdə olub.
Qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa İttifaqı 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.