Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putin Priqojinin ailəsinə başsağlığı verdi

Putin Priqojinin ailəsinə başsağlığı verdi

Tarix: 24 Avqust 2023 20:54

Rusiya Prezidenti Vladimir Putin Tver vilayətində baş verən təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Qeyd olunub ki, Putin Yevgeni Priqojin haqqında ayrıca danışıb.

"Priqojin çətin taleyi olan bir insan idi və həyatda ciddi səhvlərə yol verdi. O, istedadlı insan, iş adamı idi", - deyə Vladimir Putin bildirib.

Rusiya lideri əlavə edib ki, təhqiqat komitəsinin rəhbəri təyyarə qəzası ilə bağlı araşdırmaya başlayıb.

Milli.Az


Etiketlər:  Putin Priqojinin ailəsinə başsağlığı verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ