Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada hava məkanları bağlandı

Rusiyada hava məkanları bağlandı

Tarix: 30 Avqust 2023 08:04

Rusiyanın paytaxtı Vnukovo və Domodedovo hava limanlarında "Xalça" planı elan olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, analoji qərar Tula, Lipetsk, Oryol və Kaluqa vilayətlərində verilib.

Bildirilib ki, Moskva vilayətinin Serpuxov və Kolomna şəhərlərində də hava məkanı bağlanıb.

Qeyd edək ki, adı çəkilən plan səmada naməlum və ya təhlükəli obyektlər aşkar edildikdə tətbiq edilir.

Eyni zamanda, sosial şəbəkədə yayılan məlumata görə, ölkənin Pskov vilayəti ilə yanaşı Bryansk və Tula da atəşə tutulub.

Milli.Az


Etiketlər:  Rusiyada hava məkanları bağlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ