Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

iPhone 15 bu qiymətə olacaq – məbləğ açıqlandı

iPhone 15 bu qiymətə olacaq – məbləğ açıqlandı

Tarix: 31 Avqust 2023 16:20

ABŞ-də yerləşən texnologiya nəhəngi öz yeni məhsullarını təqdim etməyə hazırlaşır. 

Milli.Az azxəbər-ə istinadla bildirir ki, "Apple"ın təqdimat tarixi açıqlanıb.  iPhone 15 seriyası və digər məhsullar 12 sentyabr 2023-cü il, saat 20:00-da təqdim ediləcək.

"Apple"ın 'Wonderlust' tədbiri çərçivəsində 6,1 düymlük iPhone 15, 6,7 düymlük iPhone 15 Plus, 6,1 düymlük iPhone 15 Pro və 6,7 düymlük iPhone 15 Pro Max modellərini təqdim edəcəyi gözlənilir.
Digər tərəfdən, tədbirdə yeni iPhone 15 modelləri ilə yanaşı, Apple Watch Series 9 və Apple Watch Ultra-nın da yeni versiyasının təqdim ediləcəyi gözlənilir. Bundan əlavə, tədbirdən sonra iOS 17, iPadOS 17, watchOS 10 və tvOS 17-nin buraxılması gözlənilir.

Məlumata görə, iPhone 15-in qiyməti 3800 AZN-dən başlayacaq. 2023-cü ilin ən bahalı iPhone modeli olan iPhone 15 Pro Max 5400 AZN-dən başlayan qiymətə satılacaq.

Milli.Az


Etiketlər:  iPhone 15 bu qiymətə olacaq məbləğ açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ