Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ narahatdır: Şoyqu Kim Çeni inandırıb...

ABŞ narahatdır: Şoyqu Kim Çeni inandırıb...

Tarix: 31 Avqust 2023 18:50

ABŞ Rusiya və Şimali Koreya arasında silah tədarükü ilə bağlı danışıqların irəliləməsindən narahatdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Kirbi bildirib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şimali Koreyaya səfəri zamanı Pxenyanı onlara artilleriya sursatları satmağa inandırmağa çalışıb.

Həmçinin ABŞ Rusiya müdafiə nazirinin səfərindən sonra bir qrup rusiyalı rəsminin Pxenyana getdiyini göstərən kəşfiyyat məlumatlarına da malikdir.

Milli.Az


Etiketlər:  ABŞ narahatdır Şoyqu Çeni inandırıb


RƏYLƏR