Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Conni ilə Cennadan haqlarında çıxan eşq iddialarına cavab

Conni ilə Cennadan haqlarında çıxan eşq iddialarına cavab

Tarix: 4 Sentyabr 2023 21:30

Hollivud ulduzu Conni Depplə aktrisa Cenna Orteqanın sevgili olduğu iddia edilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki,  cütlüyün birlikdə görüntülənməsi şayiələrin artmasına səbəb olub.

İddiaların ardından Cenna məsələ ilə bağlı sosial media hesabında paylaşım edərək, xəbərləri yalan adlandırıb:

"Bu o qədər gülüncdür ki, əslində heç gülməli də deyil. Həyatımda heç vaxt Conni Depplə görüşməmişəm və onunla işləməmişəm. Xahiş edirəm, yalan yaymağı dayandırın və bizi rahat buraxın".

Conni Deppin nümayəndələrinin açıqlamasında isə bu sözlər yer alıb:

"Cənab Deppin xanım Orteqanı ilə heç bir şəxsi və ya peşəkar münasibəti yoxdur. O, onunla heç vaxt görüşüb danışmayıb. Onlar birlikdə heç bir layihədə iştirak etmirlər və bununla bağlı plan da yoxdur. Conni reputasiyasına və karyerasına xələl gətirmək məqsədi daşıyan bu əsassız və zərərli şayiələrə sadəcə təəccüblənib".

Qeyd edək ki, Cennanın 20, Conninin isə 60 yaşı var.

Milli.Az


Etiketlər:  Conni ilə Cennadan haqlarında çıxan eşq iddialarına cavab


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ