Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2023 16:42
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Soçidəki danışıqlardan sonra verdiyi bəyanatlar taxıl sazişinin bərpası ilə bağlı bu günə qədər irəliləyişin olmadığını nümayiş etdirdi, lakin bu, tərəflərin razılaşmadığı anlamına gəlmir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Qriqori Lukyanov deyib.
"Türkiyə prezidentinin Qərblə qarşıdurma şəraitində Rusiyaya səfər etməsinin özü mühüm simvolik qələbə və müəyyən bir siqnaldır. Hətta hazırda danışıqlarda olmasa belə, ümumiyyətlə müzakirələrdə irəliləyişin olmadığını demək olmaz", - ekspert bildirib.