Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2023 17:57
Sentyabrın 18-i və 19-da Heydər Əliyev Sarayında görkəmli bəstəkar Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti uzun fasilədən sonra yenidən öz vətənində təqdim olunacaq.
Tarixi təqdimat üçün Heydər Əliyev Fondu tərəfindən Simon Virsaladzenin orijinal eskizləri əsasında 200-dən çox kostyum, dekorasiya və rekvizitlər hazırlanıb.
Kostyumların bəzilərini-Mehmene Banu, Fərhad və Şirin obrazları üçün olan geyimləri təqdim edirik.
Tarixi təqdimatı izləməyi qaçırmayın!