Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qadınlar üçün ən qorxulu virus - Papiloma

Qadınlar üçün ən qorxulu virus - Papiloma

Tarix: 7 Sentyabr 2023 22:45

Papilloma virusu tibb elminə çox qədim zamanlardan məlum olan bir xəstəlikdir. Hətta qədim yunan həkimləri də öz əlyazmalarında papilloma virusu haqqında məlumatlar yazmışdılar. Papillomanın virus mənşəli xəstəlik olması isə XIX əsrin 60-cı illərindən aşkar edilib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, papillomaların törədicisi papilloma viruslarıdır. Papillomalar dəri və selikli qişaların məməcik formasında olan xoşxassəli törəməsidir. Bu virusların 100-ə yaxın növu var. Onlar əsasən urogenital nahiyəni və dərini zədələyir. Son vaxtlar papilloma virusuna yoluxanların sayı sürətlə artır. Hesablamalara görə, dünyada insanların 80 faizi bu virusa yoluxub.

Papilloma virusları müxtəlif olur: onların bəziləri ət xalları yaradır, bəziləri də onkogenliyi ilə seçilir. Onkogen papilloma virusları da dərəcələrinə görə, iki qrupa bölünür: onkogenliyi yüksək və aşağı olanlar. Bu viruslar təkcə selikli gişaların səthində deyil, həm də sidik, sperma və tüpürcəklə də dövr edə bilər. Papillomalar gənc yaşlı insanlarda da meydana gəlir ki, bunun da səbəbi müxtəlif dərmanların qəbulu, qrip, güclü stress, hamiləlik, həzm sisteminin pozulması ola bilər.

Virusların inkişaf dövrü 15 gündən bir neçə ilə qədər ola bilər. Papilloma virusu orqanizmdə uzun müddət sakit qalır. Bu halda onu siqaret, hormonal pozğunluq aktivləşdirir. 

Papillomalar anadangəlmə və qazanılmış olurlar. Onlar əsasən, dəri rəngində, 0,2-10 mm. və ya 2 sm. uzunluğunda olurlar. Virus çox ləng inkişaf edir. Amma stress və hamiləlik zamanı çox sürətlə inkişaf etməyə başlayırlar.

Xəstəlik heç bir formada özünü büruzə vermir. Çox nadir hallarda uşaqlıq yolundan qan gəlir.

Papillomaların bir növü də kandilomalardır. Kandilomalar xərçəngqabağı haldır. Uşaqlıq yolunun kandiloması xərçəng riskini 50-60 dəfə artırır. Kandilomalar əsasən kiçik ölçülərdə olurlar. Çox nadir hallarda onlar böyük ölçüyə çatırlar. Onlar özlərini əsasən hamiləlik zamanı büruzə verirlər. Bu zaman müalicə yalnız hamiləliyin ilk aylarında aparılmalıdır. 

Xəstəliyin məkanı:
¨    Qeyri-genetal nahiyələr - boyun, üz, qoltuqaltı, süd vəzisinin alt nahiyəsi, burun-udlaq, ağız boşluğu.
¨    Sidik-ifrazat sistemi - sidik axarları, sidik kisəsi, böyrək ləyənləri.
¨    Genitaliya nahiyələri - qadınlarda cinsiyyət üzvləri, uşaqlıq boynu, uşaqlıq yolu.

Papilloma virusuna yoluxma yolları:
¨    Cinsi yolla
¨    Doğuş zamanı
¨    Məişət-təmas yolu (ümumi hamamdan istifadə etmək)
¨    Özünüyoluxdurma (üzqırxma və epilyasiya zamanı)
¨    Anal cinsi əlaqə
¨    İmmunitetin aşağı düşməsi

Xəstəliyin müalicəsi:
Papillomaların diaqnozu çox asandır. Onları adi müayinə zamanı aşkarlamaq mümkündür. Onların virus təbiətli olması isə xüsusi yolla aşkarlanır. Papillomaların birdəfəlik müalicəsi mümkün deyil. Müalicə ilə yalnız inkişafın qarşısını almaq mümkündür. Xəstəliyin müalicəsində maye azotla kriodestruksiya, CO2-lazer və ya elektrokoaqulyasiya üsullarından istifadə edilir. Müalicə vaxtı yaranan törəmələr kimyəvi maddələr vasitəsilə yandırılır. 

Necə qorunmaq lazımdır?
Papillomadan qorunmaq heç də çətin deyil. Bunun üçün nəmişlik olan yerlərdən uzaq gəzmək, dəridə olan cızıq və yaralarla ehtiyatlı davranmaq, orqanizmin immun müqavimətini artırmaq, stress və bu kimi digər faktorlardan qorunmaq lazımdır. Papillomanı qopartmağa çalışmayın. Əks halda o, iltihablaşar və daha çox ayılmağa başlayar. 

Diqqət!
Papilloma altında xərçəng hüceyrələri yerləşir. Buna görə də onu qopartmaq və zədələmək bədxassəli şiş əmələ gətirər. Virus yaranan kimi onun böyüməsini və ölçüsünün artmasını gözləmədən dərhal həkim-dermatoloqa müraciət etmək mütləqdir. 

Milli.Az


Etiketlər:  Qadınlar üçün ən qorxulu virus Papiloma


RƏYLƏR