Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xoruldamağa səbəb olan qidalar

Xoruldamağa səbəb olan qidalar

Tarix: 8 Sentyabr 2023 08:36

Yatmadan əvvəl yeyilən bəzi qidalar xoruldamağa səbəb ola bilər. 

Sonxeber.net lent.az-a istinadən bildirir ki, sağlamlıq və qidalanma üzrə ekspert Eşli Toş bu barədə xəbərdarlıq edib.

Ekspert etiraf edib ki, heç bir pəhriz xoruldamağı tamamilə aradan qaldıra bilməz, lakin bir sıra qidaların pəhrizdən çıxarılması yuxu zamanı tənəffüs yollarının və sinusların tıxanmasını azalda bilər.

Mütəxəssis axşamlar süd və şirniyyat məhsulları, həmçinin buğda əsaslı məhsullar, o cümlədən çörək və xəmir məmulatlarından istifadə etməməyə çağırıb. O, pendir, qatıq, dondurma və tərkibində laktoza olan digər məhsulları qadağan olunmuş qidalar siyahısına salıb. Onlar burunda selik  yaranmasını artırır və xoruldamağa səbəb olur.


Etiketlər:  Xoruldamağa səbəb olan qidalar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ