Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avtomobil yuyan uşağa 25 min verdi - VİDEO - FOTO

Avtomobil yuyan uşağa 25 min verdi - VİDEO - FOTO

Tarix: 8 Sentyabr 2023 10:05

Rusiyanın Xalq artisti Filipp Kirkorov nümunəvi addımı ilə gündəmə gəlib.  

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, sənətçinin "Русское Радио"nun (Rus Radiosu) ad günü şənliyində çıxışından sonra, dayanacaqda  10 yaşlı yeniyetmə oğlan ona yaxınlaşıb.  

Xokkey forması üçün pul yığdığını söyləyən oğlan bunun üçün vaxtaşırı küçədə maşın yuduğunu bildirib.  
Musiqiçini görən oğlan Fillipə söyləyib ki, forma üçün 40 min rubl (təxminən 692 manat) qazanıb, amma xəyalı üçün daha 20 min rubl (təxminən 346 manat) çatmır.   

Bunları eşidən rus pop kralı tərəddüd etmədən çantasından əskik məbləği və üstündən 5000 rubl  (təxminən 86 manat) çıxarıb, yeniyetmə oğlana verib.   

Kirkorov baş verən hadisəni belə şərh edib:  

""Allaha şükür etməliyik". Təsadüf. O qarşıma çıxdı, burada işləyir. Bəlkə o gələcək "Milli Xokkey Liqası"nın ulduzudur, kim bilir? Və sonra o, böyüyəndə Olimpiya çempionu, Oveçkin kimi dünya lideri olanda xatırlayacaq ki, həyatında bir dəfə belə kiçik bir epizod olub. Bəlkə mən artıq dünyada olmayacağam, amma o bunu xatırlayacaq. Hər halda, bu anı xatırlayacağam, sevinc və xoşbəxtlikdən sonsuza qədər ağlayacağam".  


Etiketlər:  Avtomobil yuyan uşağa verdi VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ