Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyalılara şəxsi avtomobil və tualet kağızı ilə Aİ-yə giriş qadağan olundu

Rusiyalılara şəxsi avtomobil və tualet kağızı ilə Aİ-yə giriş qadağan olundu

Tarix: 11 Sentyabr 2023 08:44

Avropa Komissiyası bəyan edib ki, Rusiyada qeydiyyatda olan minik avtomobillərindən istifadə etməklə Avropa İttifaqı (Aİ) ölkələrinə giriş sanksiya qanunvericiliyinə əsasən qadağan olunmuş idxal sayılır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qadağa altında smartfon və noutbuklardan başqa, şampunlar da var.

Məlumata görə, bu təfsir avtomobilin şəxsi və ya kommersiya məqsədləri üçün istifadə edilməsindən asılı olmayaraq, gömrük kodlarına, o cümlədən 8703 koduna uyğun olduğu halda tətbiq edilir. Qaydalar avtomobillərlə yanaşı, on nəfərdən az adamın daşınması nəzərdə tutulan digər nəqliyyat vasitələrinə də şamil edilir.

Həmçinin, qərara əsasən, rusiyalıların şəxsi əşyaları, o cümlədən kosmetika, baqaj, noutbuk və mobil telefonları ilə birgə Aİ-yə daxil olmasına icazə verilə bilməz. Qadağa dəri və xəz məmulatları, yarı qiymətli və qiymətli daşlar, tualet kağızı, şampunlar və diş fırçası kimi məhsullara da aiddir.

Milli.Az


Etiketlər:  Rusiyalılara şəxsi avtomobil tualet kağızı ilə giriş qadağan olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ