Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2023 06:06
Diş və diş əti sağlamlığı ümumi sağlamlığımız üçün çox əhəmiyyətlidir. İngiltərə Stomatoloqlar Birliyinin məlumatına əsasən, evdə sadə üsullarla dişləri və diş ətini sağlam saxlamaq mümkündür.
Sonxeber.net saglamolun.az-a istinadən xəbər verir ki, diş həkimi Anna Middletonun sözlərinə görə, yeməkdən sonra alma yemək, saqqız çeynəmək və su içmək bir çox xəstəliklərin, o cümlədən Alzheimer və ürək xəstəlikləri riskini azaldır.
Ağız boşluğundakı bakteriyalar yalnız diş çürüməsinə və diş əti problemlərinə səbəb olmur, eyni zamanda ürək, beyin xəstəlikləri və diabet kimi xəstəliklərə yol açır. Həkimin məsləhətinə görə, şirniyyatı ən sonda yemək lazımdır. Çünki qidalanmanı dayandırdıqda tüpürcək ifraz olunur və ağız boşluğundakı bakteriyaları zərərsizləşdirir.
Mütəxəssis qeyd edib ki, uşaqlar mütləq yeməkdən sonra su içməli və yaxud alma yeməlidirlər. Böyüklər nanə və ya saqqıza üstünlük verə bilərlər.
Uşaqların dişləri daha həssas olduğu üçün onlar gündə iki dəfə noxud böyüklüyündə ftorlu diş pastası ilə iki dəqiqə dişlərini fırçalamalıdırlar. Çünki onların dişlərinin minası daha incədir və çürümə riski yüksəkdir.
Hamilə qadınlar da mütləq diş müayinələrindən keçməlidirlər. Əks halda bu müddətdə onlarda da problemlər yarana bilər.