Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2023 07:10
Seysmoloqlar Berinq adası yaxınlığında 6,1 maqnitudalı zəlzələ qeydə alıblar
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti Federal Araşdırmalar Mərkəzi məlumat yayıb.
"Zəlzələnin maqnitudası 6,1 baldır", - məlumatda deyilir. Seysmik hadisənin episentri Nikolskoye kəndindən 40 km aralıda Sakit okeanda olub.
Yeraltı təkanların hiss olunma qabiliyyəti ilə bağlı məlumatlar dəqiqləşdirilir.