Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Van Dammın oğlu azərbaycanlı xanımı ilə Malibuda - FOTO

Van Dammın oğlu azərbaycanlı xanımı ilə Malibuda - FOTO

Tarix: 12 Sentyabr 2023 15:45

Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə ailə quran Suada Hacızadə həyat yoldaşı ilə yeni fotolarını yayımlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, cütlük Malibuya yollanıb. Onlar gün batımında obyektiv qarşısına keçərək, səmimi şəkillər çəkdiriblər. 

Suada paylaşımına "Odlu gün batımı, ərimiş ürəklər. Çiskin, qara buludların arxasında gizlənməyə çalışan günəş altında Malibu çimərliyi... Burada gün batımını seyr etmək və dəniz məhsullarının dadına baxmaq... Sevgi havadadır" sözlərini yazıb. 

Qeyd edək ki, Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda nikah masasına oturub. Suada viza ala bilmədiyi üçün cütlük uzun müddət ayrı yaşayıb. 

Milli.Az


Etiketlər:  Van Dammın oğlu azərbaycanlı xanımı ilə Malibuda FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ