Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2019 13:00
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Qol.az-ın xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 9-cu turunda baş verənlər müzakirə olunub.
İntizam Komitəsi yalnız “Keşlə” – “Qəbələ” matçı ilə bağlı cəza verib. Sözügedən görüş “Keşlə” klubuna görə 2 dəqiqə gec başladığı üçün klub 800 manat cərimə olunub.
Xatırladaq ki, "Keşlə" - "Qəbələ" matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.