Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2023 14:32
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kimin ABŞ Senatında Ermənistana təhlükəsizlik və ABŞ-la əməkdaşlıq sahəsində dəstək verməsi ilə bağlı bəyanatları Cənubi Qafqazda antirusiya tramplininin yaradılmasına yönəlib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu açıqlama ilə Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski çıxış edib.
"Yuri Kim ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib ki, söhbət Ermənistanın Rusiya ilə deyil, ABŞ ilə tərəfdaşlığından getməlidir. İndi Vaşinqton İrəvana kömək etməyə hazırdır, açıq-aydın Rusiya əleyhinə tramplin olacaq yeni bir dövlət yaratmaq arzusundadır", - komitə rəhbəri vurğulayıb.
O qeyd edib ki, Kiyevə də analoji yardım təklif olunub:
"İndi Ukrayna öz suverenliyini, bir çox vətəndaşını itirərək ABŞ-ın marionetinə çevrilib".
Qeyd edək ki, ötən gün Yuri Kim Ermənistanın Rusiyaya qarşı ABŞ-ın partnyoru olmaqla bağlı real qərar qəbul etməli olduğunu bildirib.