Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Niyama qarşı dələduzluq - Hüquq-mühafizə orqanlarına müraciət etdi - VİDEO

Niyama qarşı dələduzluq - Hüquq-mühafizə orqanlarına müraciət etdi - VİDEO

Tarix: 15 Sentyabr 2023 23:15

"Şəkillərdə gördüyünüz bu şəxsin adı Mameddir. Özünü az qala Azərbaycanda "İnternet ağa"sı kimi təqdim edən bu şəxs adımla bağlı olan şəxsi yutub səhifəmi mənimsəyərək virtual haqlarımı göz görə-görə pozur. Dəfələrlə sivil şəkildə ona müraciət edib səhifəmin şifrəsini istəsəm də, o, müxtəlif bəhanələr gətirərək şifrəni verməkdən boyun qaçırır".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Niyam Salami sosial şəbəkədə yazıb. Sənətçi hüquq-mühafizə orqanlarına müraciət edərək yardım istəyib:

"Mamedi illərdir tanıyıram. Dillər əzbərinə çevrilmiş "Gülüm-gülüm" mahnısına çəkilən klipin yutub piarını ona həvalə etmişdim. Bunu ona görə qeyd edirəm ki, ekran işindən əldə olunan gəlirdən bir qəpik də olsun qonorar almamışam. Söhbət həm də kanalımda yayımlanan digər ekran işlərindən də gedir.

Mamedin gördüyü işlərdən şikayətçi olan müğənnilər çox olsa da, yenə ilk adı hallanan mən oldum. Hüquq-mühafizə orqanlarından xahiş edirəm ki, məsələyə ciddi yanaşılsın. Yutub kanalım real təhlükə altındadır. Mamed adlı şəxslə heç bir halda əməkdaşlıq etmək istəmirəm.
O isə məcbur edir ki, yalnız mənimlə işləməlisən! Mameddən şikayətçi olan həmkarlarım! Fikirlərinizi bildirin. Bəlkə oxuyub nəticə çıxarar".

Milli.Az


Etiketlər:  Niyama qarşı dələduzluq Hüquq mühafizə orqanlarına müraciət etdi VİDEO


RƏYLƏR