Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2019 15:30
Bakı. Trend:
Bakıda avtomobilin vurduğu piyadanın kimliyi müəyyənləşdirilir.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 29-da saat 21 radələrində Nizami rayonunun Heydər Əliyev prospektində Bakı şəhər sakini S.Mehdiyev idarə etdiyi “Ravon” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Nizami RPİ tərəfindən araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin