Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sülhməramlıların komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi məlumatlandırıldı

Sülhməramlıların komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi məlumatlandırıldı

Tarix: 19 Sentyabr 2023 13:45

Qarabağdakı antiterror tədbirləri barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb.

Bu barədə Milli.Az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Qeyd edilib ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.

Keçirilən tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb.

Milli.Az


Etiketlər:  Sülhməramlıların komandanlığı Türkiyə Rusiya Birgə Monitorinq Mərkəzi məlumatlandırıldı


RƏYLƏR