Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərkəzi Klinikanın baş həkimi - ''Qənirə Paşayevanın vəziyyəti çox ağırdır''

Mərkəzi Klinikanın baş həkimi - ''Qənirə Paşayevanın vəziyyəti çox ağırdır''

Tarix: 24 Sentyabr 2023 15:26

"Qənirə xanım reanimasiya şöbəsindədir və bütün lazımi tədbirlər görülür".

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bunu Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev millət vəkilinin səhhəti ilə bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, bütün ixtisas həkimləri müalicə işinə cəlb olunub:

"Əlimizdə mövcud olan bütün tibbi imkanların hamısından istifadə olunur. Qənirə xanımın müalicəsi üçün Türkiyədə olan həmkarlarımızla daimi əlaqədəyik və konsultasiyalar aparırıq. Müalicə davam edir. Qeyd edim ki, Qənirə xanımın vəziyyəti hazırda çox ağırdır".

Qeyd edək ki, deputat sentyabrın 23-də səhər saatlarında ağır şok vəziyyətində Mərkəzi Klinikanın təcili yardım şöbəsinə müraciət edib.

"Dünən səhər saatlarında Qənirə xanım Mərkəzi Klinikanın təcili yardım şöbəsinə müraciət edib. Gəldiyi zaman vəziyyəti ağır şok vəziyyətində idi. Huşu aydın deyildi".


Etiketlər:  Mərkəzi Klinikanın baş həkimi Qənirə Paşayevanın vəziyyəti çox ağırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ