Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paşinyana qarşı sui-qəsddə ittiham olunan keçmiş mer saxlanılıb

Paşinyana qarşı sui-qəsddə ittiham olunan keçmiş mer saxlanılıb

Tarix: 24 Sentyabr 2023 18:57

Ermənistanın baş nazir Nikol Paşinyana qarşı sui-qəsddə ittiham olunan "Erkrap" könüllü ittifaqının keçmiş sədr müavini, Albert Bazeyan saxlanılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu "Sputnik Ermənistan"a müsahibəsində Bazeyanın vəkili Akop Cangiryan deyib.

Onun sözlərinə görə, hazırda İrəvanın keçmiş merinə qarşı cinayət işi açılmayıb. O, istintaqın hələ yekunlaşmadığını xatırladaraq müdafiə tərəfinin növbəti addımları barədə məlumat verməyib.

Bundan əvvəl erməni mətbuatında Bazeyanın sentyabrın 23-də Ermənistanın baş nazir Nikol Paşinyana qarşı sui-qəsd və ölkədə zorakılıqla hakimiyyət dəyişikliyinə hazırlaşdığı üçün polis bölməsinə aparıldığı barədə məlumat yayılıb.

Milli.Az


Etiketlər:  Paşinyana qarşı sui qəsddə ittiham olunan keçmiş mer saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ