Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sabah'' ''Kəpəz''lə də bacarmadı

''Sabah'' ''Kəpəz''lə də bacarmadı

Tarix: 24 Sentyabr 2023 20:04

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

Sonxeber.net xəbər verir ki, günün ilk matçında "Sabah" "Kəpəz"i qəbul edib.

Qarşılaşma 2:2 hesabı ilə bitib. Bu nəticədən sonra hər iki komanda xallarının sayını 5-ə çatdırıb və 8-9-cu yerləri bölüşdürürlər.

Qeyd edək ki, günün digər görüşündə "Səbail" "Araz-Naxçıvan"la üz-üzə gələcək. Daha əvvəl "Sumqayıt" - "Turan Tovuz" (0:0) və "Zirə" - "Neftçi" (1:1) qarşılaşmaları heç-heçə yekunlaşıb. Tura sentyabrın 25-də "Qəbələ" - "Qarabağ" oyunu ilə yekun vurulacaq.


Etiketlər:  Sabah Kəpəzlə bacarmadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ