Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Premyer Liqa: "Səbail" "Araz-Naxçıvan"ı məğlub edib

Premyer Liqa:

Tarix: 24 Sentyabr 2023 21:50

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

Milli.Az xəbər verir ki, günün ikinci matçında "Səbail" "Araz-Naxçıvan"ı qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 45+2-ci dəqiqədə Pedro Nuno penaltini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran "dənizçilər" 2-ci pilləyə yüksəlib. Naxçıvan klubu 10 xalla beşincidir.

Qeyd edək ki, günün ilk görüşündə "Sabah" "Kəpəz"lə heç-heçə edib - 2:2. Daha əvvəl "Sumqayıt" - "Turan Tovuz" (0:0) və "Zirə" - "Neftçi" (1:1) qarşılaşmaları bərabərliklə yekunlaşıb. Tura sentyabrın 25-də "Qəbələ" - "Qarabağ" oyunu ilə yekun vurulacaq.

Milli.Az


Etiketlər:  Premyer Liqa Səbail Araz Naxçıvanı məğlub edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ