Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusun yeni ştammı kimlər üçün təhlükəlidir?

Koronavirusun yeni ştammı kimlər üçün təhlükəlidir?

Tarix: 25 Sentyabr 2023 20:51

"Omikron"un yeni subvariantı olan "pirola" koronavirus ştammına görə risk qrupuna yaşlılar, immun sistemi zəifləyənlər və xroniki xəstəlikləri olanlar daxildir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı immunoloq və epidemioloq Mixail Kostinov deyib.

"Hansı təbiətdə olmasından - sinir sistemi, ürək-damar sistemi, böyrək xəstəlikləri, qaraciyər xəstəlikləri, metabolik xəstəliklər, şəkərli diabet və s. asılı olmayaraq bunlar risk qrupudur", -  deyə mütəxəssis vurğulayıb.

İmmunoloq 60 yaşdan yuxarı insanların risk qrupuna daxil olduğunu bildirib.

"Vaksinasiya üçün prioritet qrup onlardır və ilk növbədə onlara peyvənd edilməlidir", - deyə həkim izah edib.

O, vaksinasiyada yaşlılardan sonra tibb işçilərinin prioritetdə olduğunu bildirib:

"Çünki onlar pasiyentlərlə işləyirlər", - deyə Kostinov vurğulayıb.

Xatırladaq ki, koronavirusun mutasiyaya uğramış yeni ştammı "Pirola" getdikcə daha çox ölkədə aşkarlanır. Yeni ştammın Azərbaycanda da yayılacağı ilə bağlı fikirlər irəli sürülür.

Virusun əlamətləri temperatur, boğaz ağrısı, yüksək dərəcədə halsızlıq, burun axıntısı, əzələ ağrılarıdır. 

Milli.Az


Etiketlər:  Koronavirusun yeni ştammı kimlər üçün təhlükəlidir


RƏYLƏR