Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərhədçilərimiz halı pisləşən erməni uşağa yardım edib - FOTOlar

Sərhədçilərimiz halı pisləşən erməni uşağa yardım edib - FOTOlar

Tarix: 27 Sentyabr 2023 13:03

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları erməniəsilli ailənin halı pisləşən övladına yardım göstəriblər.

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə "Report"un Laçına ezam olunmuş müxbiri məlumat verib.

Belə ki, Azərbaycan sərhədçiləri qəflətən halı pisləşən uşağa ilkin tibbi yardım göstərib, ona su və şirniyyat veriblər.

Erməniəsilli ailə üç gündür yolda olduqlarını söyləyib: "Sağ olsunlar ki, azərbaycanlılar bizə yardım etdilər, su verdilər. Araik Arutyunyan kimilər və onun ətrafı güllələnməlidir. Lənətə gəlsin bu rejimi. Bizi məcbur evimizdən çıxardılar. Niyə də geri qayıtmaq olmasın, əlbəttə, istəyərdik. Biz sizdən eşidirik ki, geri qayıtmaq olar. Azərbaycan tərəfinin heç bir təzyiqini görmədik. Azərbaycanlılar qardaşdır. Türklər mərddirlər".


Etiketlər:  Sərhədçilərimiz halı pisləşən erməni uşağa yardım edib FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ