Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2023 07:54
Amazon hövzəsindəki ekvatorial tropik meşə bölgəsində Braziliyanın Amazonas əyalətində baş verən quraqlıq son 20 ilin ən pis quraqlıqlarından birinə çevrilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, quraqlıq səbəbindən Amazonun Solimoyns, Purus, Jurua, Madeyra və Rio-Neqro kimi böyük qollarında suyun səviyyəsi hər gün 20 sm azalır. Bu, keçən illə müqayisədə iki dəfə sürətli, lakin 2005 və 2010-cu illərdəki genişmiqyaslı quraqlıqlarla müqayisədə daha yavaşdır. Meteoroloqlar bildirirlər ki, Braziliyanın şimalında yağıntının miqdarı orta səviyyədən aşağıdır.
Nəticə etibarı ilə federal hakimiyyət orqanları yerli çay nəqliyyatının təqribən 40%-nin risk altında olduğunu və ya çayın dayazlaşmasının nəticələrini artıq yaşadığını təxmin edir. Amazonas ştatının 62 bələdiyyəsindən 59-da quraqlıq hökm sürür, 15-də isə vəziyyət fövqəladə vəziyyət elan edilib. Regionun qubernatoru Uilson Limanın müraciətinə cavab olaraq federal mərkəz ora humanitar yardım göndərilməsi barədə göstəriş verib. Bununla paralel olaraq hakimiyyət təbii yanğınlara və meşələrin qəsdən yandırılmasına qarşı mübarizəni gücləndirmək niyyətindədir.