Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hibrid savaş davam edir - Rəqəmlərin şişirdilmə səbəbi nədir?

Hibrid savaş davam edir - Rəqəmlərin şişirdilmə səbəbi nədir?

Tarix: 28 Sentyabr 2023 09:06

Azərbaycanı tərk edərək Ermənistana qaçan qarabağlı ermənilərin sayları ilə bağlı İrəvandakı rəsmi qurumların, bloqerlərin və xüsusilə də Telegram kanalların tirajladıqları "statistika"ya inansaq, sən demə, qarabağlı ermənilərin sayı çinlilərdən və hinduslardan azacıq geri qalır.

Fantastik rəqəmlər açıqlanır.

Məsələn, dünən ermənilər bəyan etdilər ki, guya "53560 qarabağlı erməni Azərbaycanı tərk edərək Ermənistana keçib".

Lakin Gorusda indiyədək cəmi 21278 erməninin sərhədi keçməsi qeydə qalınıb. Yerdə qalanlar yəqin gözəgörünməzlərdir.

Əfsuslar olsun ki, Azərbaycanda da yerli Telegram kanallar həmin rəqəmləri paylaşırlar.

Unutmayaq: düşmən bizə qarşı hibrid savaş aparır və o savaşın tərkib hissəsi dezinformasiyadır.

Ermənilər belə absurd rəqəmləri yaymaqla "Qarabağda 120 min erməni yaşayır" yalanını "sübut" etmək istəyirlər.

Aldanmayaq...


Etiketlər:  Hibrid savaş davam edir Rəqəmlərin şişirdilmə səbəbi nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ